Firma haqqında
" Certus Pharma” MMC şirkəti Azərbaycan əzcaçılıq bazarında özunəməxsus yeri olan şirkətlərdən biridir. Şirkət 2003 – 2010- ci illərdə "Keşəli MMC” adı altında fəaliyyət göstərmişdir. "Certus Pharma” MMC şirkəti 2010- ci ildə "Keşəli MMC”nin bazasında təsis edilmişdir. Bu illər ərzində şirkət öz strukturunu yaratmış, mühüm inkişaf yolu keçmişdir.
" Keşəli” MMC şirkəti 04/02/2003- cu il tarixdən Azərbaycan
əzcaçılıq bazarında fəaliyyət göstərən yerli distribyutor şirkətlərdən biri
kimi fəaliyyətə başlamışdır. Fəaliyyətimizə
başlayarkən əsas şüarımız "Keyfiyyətin və uzunömürlülüyün təminatı” olmuşdur.
2003 – 2010- ci illər ərzində şirkət günün tələbatına uyğun olaraq
farmakologiya sahəsində dərman preparatlarına olan ehtiyacları ödəmək üçün
keyfiyyətli və uzun ömurlülüyü təmin edən preparatların respublikaya gətirilməsini
təmin etmək naminə çalışmağa başlamışdır. Bunun üçün Keşəli şirkəti sənaye texnologiyaları bütün müasir tələblərə
və standartlara cavab verən aparıcı istehsalçıları özünə tərəfdaş seçmişdir və
dünya bazarında olan ən yeni, muasir əczaçılıq məhsullarını hərtərəfli öyrənərək
tibbi auditoriyanı onlar haqqında məlumatlarla, xəstələri isə yüksək
effektivliyə malik olan dərman preparatlar ilə təchiz etməyə başlamışdır.
Şirkətimizin əməkdaşlıq etdiyi istehsalçı şirkətlər dünyanın müxtəlif ölkələrinin öndə gedən farmasevtik kompaniyalarıdır. Əməkdaşlıq etdiyimiz şirkətlərdən:"MEDEXPORT", "CT LABARATORIES", "MONTEFARMACO" (Italiya); "COVEX" (Ispaniya); "CIPLA", "EMCURE", "ALKEM", "AKRITI", "CORAL", "CACHET" (Hindistan); "BELMED", "BORISOVSKIY","LEKFARM"(Belorusiya); "KANONFARMA" (Rusiya); "ARTERIUM" (Ukrayna); "PHARMASELECT" (Avstriya); "DONKWANG" (Koreya); "BIOFAKTOR" (Polşa) və s. misal göstərmək olar.
2010- ci ildən şirkətimiz "Certus
Pharma” MMC şirkəti adı altında fəaliyyətini
davam etdirir. İşini keyfiyyət, təhlükəsizlik və effektivlik prinsipləri əsasında
qurmuş "Certus Pharma” bu gün də var
qüvvəsi ilə çalışır və inkişaf edir.