Firma haqqında | Certus

Firma haqqında


" Certus Pharma” MMC şirkəti Azərbaycan əzcaçılıq bazarında özunəməxsus yeri olan şirkətlərdən biridir. Şirkət 2003 – 2010- ci illərdə "Keşəli MMC” adı altında fəaliyyət göstərmişdir. "Certus Pharma” MMC şirkəti 2010- ci ildə "Keşəli MMC”nin bazasında təsis edilmişdir. Bu illər ərzində şirkət öz strukturunu yaratmış, mühüm inkişaf yolu keçmişdir.


" Keşəli” MMC şirkəti 04/02/2003- cu il tarixdən Azərbaycan əzcaçılıq bazarında fəaliyyət göstərən yerli distribyutor şirkətlərdən biri kimi fəaliyyətə başlamışdır. Fəaliyyətimizə başlayarkən əsas şüarımız "Keyfiyyətin və uzunömürlülüyün təminatı” olmuşdur. 2003 – 2010- ci illər ərzində şirkət günün tələbatına uyğun olaraq farmakologiya sahəsində dərman preparatlarına olan ehtiyacları ödəmək üçün keyfiyyətli və uzun ömurlülüyü təmin edən preparatların respublikaya gətirilməsini təmin etmək naminə çalışmağa başlamışdır. Bunun üçün Keşəli şirkəti sənaye texnologiyaları bütün müasir tələblərə və standartlara cavab verən aparıcı istehsalçıları özünə tərəfdaş seçmişdir və dünya bazarında olan ən yeni, muasir əczaçılıq məhsullarını hərtərəfli öyrənərək tibbi auditoriyanı onlar haqqında məlumatlarla, xəstələri isə yüksək effektivliyə malik olan dərman preparatlar ilə təchiz etməyə başlamışdır.

                                                                          

Şirkətimizin əməkdaşlıq etdiyi istehsalçı şirkətlər dünyanın müxtəlif ölkələrinin öndə gedən farmasevtik kompaniyalarıdır. Əməkdaşlıq etdiyimiz şirkətlərdən:"MEDEXPORT", "CT LABARATORIES", "MONTEFARMACO" (Italiya); "COVEX" (Ispaniya); "CIPLA", "EMCURE", "ALKEM", "AKRITI", "CORAL", "CACHET" (Hindistan); "BELMED", "BORISOVSKIY","LEKFARM"(Belorusiya); "KANONFARMA" (Rusiya); "ARTERIUM" (Ukrayna); "PHARMASELECT" (Avstriya); "DONKWANG" (Koreya); "BIOFAKTOR" (Polşa) və s. misal göstərmək olar.

2010- ci ildən şirkətimiz "Certus Pharma” MMC şirkəti adı altında fəaliyyətini davam etdirir. İşini keyfiyyət, təhlükəsizlik və effektivlik prinsipləri əsasında qurmuş "Certus Pharma” bu gün də var qüvvəsi ilə çalışır və inkişaf edir.