HEMFER Kapsul | Certus

HEMFER Kapsul

07-23-2018

Hemfer kapsul

Tərkibi:

Hər kapsulda:

§Dəmir qlisin sulfat ( elementar dəmirə ekvivalent )........50 mg

§Sianokobalamin ( Vitamin B12) ......................................7.5 mkg

§Fol turşusu.......................................................................0.5 mg

§Sink sulfat ( elementar sinkə ekvivalent )........................5.0 mg

§Vitamin C........................................................................75 mg

Farmakoterapevtik qrupu: Anemiyaəleyhinə preparat.

Farmakoloji xüsusiyyətləri:

Hemfer kapsul dəmir çatışmazlıqlı anemiyanın tam müalicəsi üçün orqanizm tərəfindən asan mənimsənilə bilən dəmir qlisin sulfat (qlisin hemin sintezində iştirak edir) şəklində buraxılır. Preparatın tərkibinə Vitamin B12 və fol turşusu kimi antianemik faktorlar daxil edilib. Hemferin tərkibindəki Zn (sink) retikuloblast hüceyrələrin yetkinləşməsində iştirak edir. Vitamin C dəmirin bağırsaqlardan sorulmasına xidmət edir.

Göstərişləri:

ØAlimentar dəmir çatışmazlığı

ØHamiləlik və laktasiya dövrü

ØMegaloblastik anemiya

ØQurd invziyası

ØXroniki qanitirmələr (mədə və 12 barmaq bağırsaq xorası, aktiv vərəm, babasil və s.)

ØQan yaranmanın pozulması

ØPolimenoreya

ØXroniki böyrək çatışmazlığı

ØAktiv inkişaf dövrü, fiziki və zehni gərginlik

ØHemodializ aparılan xəstələr

ØCərrahi əməliyyatlardan sonra anemiyanın müalicə və profilaktikası üçün

Əks göstərişləri: Preparata qarşı hiperhəssaslıq.

Digər dərmanlarla qarşılıqlı uyğunluğu: Xinolonlarla birgə istifadə etdikdə absorbsiyası zəifləyə bilər. Tetrasiklinlər, simetidin, levadopa da həmçinin eyni reaksiyalar yarada bilər.

İstifadə qaydası və dozası: Həkim tərəfindən başqa göstəriş yoxdursa: 12 yaşdan yuxarı böyüklərdə 1 kapsul gündə 1-2 dəfə yeməkdən əvvəl.

Əlavə təsirlər: Nadir hallarda epigastral nahiyədə narahatlıq, ürəkbulanma, diareya, qəbizlik, nəcisin rənginin qaralması baş verə bilər.

Buraxılış forması: 30 kapsul blister qablaşdırmada.