ENCIFER | Certus

ENCIFER

Tərkibi:1 ampulun tərkibində: Dəmir(III) hidroksid saxaroza kompleksi-2 q (100 mq qelementar dəmirə ekvivalent).

Farmakoloji xüsusiyyətləri: Preparat stabildir və dəmiri sərbəst ionlar şəklində xaric etmir. Preparat hemo- və eritropoezi stimulə edir, hemotoloji göstəriciləri normallaşdırır, qan zərdabında dəmirin konsentrasiyasının normallaşmasına şərait yaradır ki, bu da kliniki (zəiflik, yorğunluq, baş gicəllənmə, taxikardiya, dəri örtüklərinin quruması) və laborator simptomların tədricən reqressiyasına gətirib çıxarır.

İstifadəsinə göstərişlər: Ensifer aşağıdakı hallarda dəmir çatışmazlıqlı vəziyyətlərin müalicəsində istifadə olunur:

üDəmirin tezliklə bərpa olunması vacib olduqda;

üDəmirin peroral preparatlarına qarşı dözümsüzlüyü olan xəstələrdə

üBağırsaqda aktiv iltihabi xəstəliklərin olması, bu zaman per oral dəmir preparatlarının effektsizliyi;

üEritropoetin qəbul edən, XBÇ nəticəsində hemodializdən asılı olan xəstələr;

üEritropoetin qəbul edən və ya etməyən, dializdən asılı olmayaraq böyrəklərində xroniki xəstəlikləri olan xəstələrdə;

Əks göstərişləri: Orqanizmdə dəmirin artıqlığı (hemoxromatoz, hemosideroz); dəmir çatışmazlığı ilə bağlı olmayan anemiyalar (hemolitik və megaloblastik anemiya); dəmirin sərf edilməsinin pozulması (qurğuşun anemiyası, sideroblastik anemiya, talassemiya); ensifer preparatına və ya onun qeyri-aktiv komponentlərinə qarşı həssaslığın artması.

Hamiləlik və laktasiya dövründə istifadəsi: Hamilə qadınlarda kifayət dərəcədə və yaxşı nəzarət olunan tədqiqatlar aparılmamışdır. Preparatdan hamiləlik zamanı vacib hallarda istifadə etmək olar.

İstifadə qaydası və dozası: Ensifer yalnız venadaxili yeridilir.Həmçinin dializ sisteminin venoz sahəsinə yeridilir. Ensifer əzələdaxili istifadə üçün nəzərdə tutulmayıb. 100 mg həftədə 1-3 dəfə təyin olunur. Həftəlik maksimal doza 1000 mg-dır.

·Şırnaq üsulu ilə preparat durulaşdırılmamış şəkildə venadaxili inyeksiya şəklində 1 dəqiqədə 1 ml (20 mg) sürətlə yeridilə bilər.

·Damcı üsulu ilə yeridilməsi üçün ampulun möhtəviyyatı 100 ml 0.9%-li NaCl məhlulunda həll olunaraq 1 saat ərzində venadaxilinə yeridilir.

Əlavə təsirləri:Başgicəllənmə, baş ağrısı, paresteziyalar, taxikardiya, hipotenziya, istilik hissiyatı, periferik ödemlər, bronxospazm, təngnəfəslik, qarında və epigastral nahiyədə ağrılar, diareya, dadın təhrif olunması, ürəkbulanma, qusma, eritema, qaşınma, səpgi, pigmentasiyanın pozulması, çox tərləmə, artralgiya, oynaqlarda ödemlər, mialgiya.

Antidot: Deferoksamin

Buraxılış forması: 5 ml-lik ampul içlik vərəqə ilə birlikdə N 5 buraxılır.