FLUORES | Certus

FLUORES

TƏRKİBİ: hər kapsulda 150mq flukonazol var.

FARMAKOTERAPEVTİK QRUPU: antifunqal preparat

ATC KODU:J02AC01

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

FARMAKODİNAMİKASI: Flukonazol – triazol qrupundan olan antifunqal preparatdır. Flukonazol erqosterol sintezini təmin edən C-14 demetilaza fermentinin aktivliyini inhibə edərək göbələyin hüceyrə divarının əsasını təşkil edən erqosterol sintezini blokada edir. Flukonazol göbələyin P- 450 sistemini daha selektiv inhibə edir.

FARMAKOKİNETİKASI: daxilə qəbuldan sonra tamamilə və sürətlə sorulur. Daxilə qəbulda bioyararlılığı 90%-dən çox olub, 1-2 saat ərzində max. plazma səviyyəsinə yüksəlir. 400mq preparatın daxilə qəbul edilməsindən sonra plazmada pik səviyyə 6.72 q/ml olmuşdur. Yarımparçalanma müddəti 30 saata yaxındır. Digər azol qrupu antifunqal dərmanlardan fərqli olaraq plazma zülalları ilə az miqdarda birləşir və plazma səviyyəsinə bənzər səviyyədə serebrospinal mayeyə, oynaq mayesinə, tüpürcəyə, bronxial sekretə, vaginal mayeyə və periton mayesinə keçir. 80%-dən çoxu dəyişilmədən böyrəklərdən xaric olunur və bu səbəbdən də böyrək funksiyaları pozulmuş xəstələrdə xaricolunma dövrü uzanır.

GÖSTƏRİŞLƏRİ:

-xroniki generalizəolunmuş kandidoz

-kəskin və residivləşən kandidoz

-vaginal kandidozun profilaktikası (ildə 3 dəfə və daha çox olaraq)

-səthi dəri mikozları (Dermatofitiyalar) Tinea pedis, Tinea corporis, Tinea versicolor

-ağız boşluğu, udlaq və qida borusunun kandidozları

-onixomikoz, kəpəklənən dəmrov

-antibiotikoterapiya zamanı kandidozun profilaktikası

-immunosupressiv xəstələrdə, şüa və kimya terapiyası alan xəstələrdə mikozların profilaktikası

ƏKS GÖSTƏRİŞLƏRİ:

Flukonazol və digər triazol qrupundan olan dərmanlara və içərisindəki maddələrdən hər hansı birinə yüksək həssaslığı olan şəxslərdə istifadə edilməməlidir.

ƏLAVƏ TƏSİRLƏRİ:

Flukonazol ümumiyyətlə yaxşı mənimsənilir. Ancaq bəzən ürəkbulanma, başgicəllənmə müşahidə edilə bilər.

DOZA VƏ İSTİFADƏ QAYDASI:

Kəskin vaginal kandidozda 150 mq 1 dəfə təyin olunur. Xroniki vaginal kandidozda 150 mq dozada həftədə 3 dəfə təyin olunur. Xroniki vaginal kandidozun residivlərinin profilaktikası məqsədilə ayda 1 dəfə 150 mq dozada olmaqla 4-12 ay təyin olunur. Kəpəklənən dəmrovda həftədə 300 mq dozada 2 həftə müddətində qəbul edilməlidir.

Dəri kandidozu və dermatofitiyalarda həftədə 1dəfə 150 mq olmaqla 2-4 həftəlik kursla təyin olunur (ayaqların mikozunda 6 həftə). Onixomikozlarda həftədə 150 mq olmaqla, kurs zədələnmiş dırnağın sağlam dırnaqla tam əvəz olunmasına qədər aparılır və bu əl barmaqlarında 3-6 ay, ayaqda 6-12 ay təşkil edir. Dərin endemik mikozlarda 200-400 mq/sut olmaqla 1-2 il ərzində təyin edilir. Uşaqlarda: müalicə məqdəsilə sutkada 6-12 mq/kq, profilaktika məqsədilə isə 3-12 mq/kq təyin olunur.

BURAXILIŞ FORMASI:

2 kapsul blister qablaşdırmada.