KESTRES | Certus

KESTRES

TƏRKİBİ: Hər kapsulda: Dazıotu ekstraktı-300mq Amla-150 mq Flavonoidlər, ksantonlar

FARMAKOTERAPEVTİK QRUPU: bitki mənşəli antidepressant

ATC KODU: N07XX

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Dazıotu ekstraktı yeganə bitki tərkibli antidepressant olub, eyni zamanda həm MAO inhibitoru, həmçinin SGAİ təsirləri göstərir. Dazıotu ekstraktın tərkibində iki maddə var: hiperforin və hiperisin.

Hiperforin: serotonin, dopamin, noradrenalin,GAYT və L-qlutamatın geri alınmasını ingibə edir. Dazıotu ekstraktının əsas kliniki effektliyi onun tərkibindəki hiperforindən birbaşa asılıdır. Hiperisin ekstraktının antidepressant aktivliyi presinaptik membranlardan serotoninin geri sorulmasını ingibə etməklə bağlıdır.Flavonoidlər - MAO inhibitoru olmaqla sinaptik boşluqlarda katexolaminlərin parçalanmasının qarşısını alırlar.Ksantonlar – COMT inhibitoru təsiri göstərir. Dofamin və noradrenalin kimi katexolaminlərin metabolizmi üçün gərəkli əsas fermentlərdir.Amla – vitamin C ilə zəngin bitki olub, tərkibində askorbin turşusunun tanin kompleksləri şəklində 6 müxtəlif forması vardır. Amla güclü antioksidant təsiri sayəsində ( orqanizmin ən mühüm antioksidant sistemi – superoksidismutazanın yüksək konsentrasiya) xromosomlarda DHT – nin zədələnməsinin qarşısını alır. Həmçinin iltihab əleyhinə, anabolik, antihepatotoksik, hipolipidemik, antispazmatik, və s. təsirlərdə göstərir.

GÖSTƏRİŞLƏRİ:

Yüngül,orta ağırlıqlı nevrotik depressiyalar

Həyəcanlı vəziyyət, ruh düşgünlüyü, narahatlıq

Stress

Nevrasteniya, oyanıqlıq

Psixi və fiziki asteniya

Menopauzal dövrdə yaranmış psixoemosional pozğunluqlar

Yuxusuzluq

Müxtəlif psixosomatik xəstəliklərin gedişini yüngülləşdirmək məqsədilə

DOZA VƏ İSTİFADƏ QAYDASI:

Böyüklərdə: 1 kapsul gündə 2-3 dəfə.

7 yaşdan yuxarı uşaqlarda: 1kapsul gündə 1 dəfə.

ƏKS GÖSTƏRİŞLƏRİ:

Preparatınkomponentlərinə qarşı yüksək həssaslıq, ultrabənövşəyi şualarına qarşı yüksək həssaslıq.

ƏLAVƏ TƏSİRLƏRİ: 

Allergik reaksiyalar: fotosensibilizasiya, dəridə qaşınma və səpgi.

Mədə-bağırsaq sistemi tərəfindən: epiqastral nahiyyədə ağrı, ürəkbulanma, ishal və ya gəbzlik.

BURAXILIŞ FORMASI: 10 kapsul