
SCİOMİR
ТƏRKİBİ: aktiv maddə - tiokolxikozid 2 ml 4 mq.
FARMAKOTERAPEVTİK QRUPU: Mərkəzi təsirli miorelaksant
ATC-KODU: M03BX05
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
FARMAKODİNAMİKASI: SCİOMİR təsir mexanizminə əsasən mərkəzi təsirli miorelaksantlara aiddir. Sinir sistemində QAYT və qlisinerqik reseptorlara aqonist tipli selektiv aktivliyə malik olduğundan tiokolxikozid sinir sisteminin müxtəlif funksional səviyyələrində təsir göstərir . Bu səbəbdən də travmatik və revmatik mənşəlli reflektor əzələ spazmaları və mərkəzi mənşəlli əzələ spazmaları zamanı istifadə edilir. Spastik əzələ hipertonusu zamanı passiv əzələ müqavimətini və yaranan qeyri-ixtiyari əzələ ağrılarını azaldır.
SCİOMİR sinir-əzələ keçiriciliyini blokada etmir,ürək-damar və tənəffüs sistemlərinə təsir göstərmir.
FARMAKOKİNETİKASI: SCİOMİR aktiv maddə kimi tiokolxikoziddən ibarətdir hansı ki, təbii kolxikozid qlıkozidinin və kükürdün yarımsintetik törəməsidir. Miorelaksant effekti əzələ daxili yeridildikdən sonra 15-45 dəqiqə ərzində meydana çıxır, təsir müddəti -24 saatdır. Bioyararlıq 75%-dır. Yarımparçalanma müddəti T 1/2 - 4 saatdır, qara ciyərdə metabolizmə uğramır. 75% MBT ilə, 20% isə dəyişilməmiş metabolit şəklində sidiklə xaric olunur. Preparatın istifadəsini dayandırdıqda təsiri bir neçə gün davam edir.
GÖSTƏRİŞLƏRİ:Əzələ hipertonusu və spazmaları, əzələ kontrakturaları Sümük-əzələ sistem orqanlarının xəstəlikləri: spondilyoz, tortikollis, servikal və lümbal sindromlar.
Eninə-zolaqlı muskulatura tonusunun artması ilə muşahidə olunan degenerativ nevroloji xəstəliklər: serviko-braxial nevralgiya, işalgiya, ostexondroz, fəqərəarası disk yırtığı Dağınıq skleroz Bexterev (Ştrumpel) xəstəliyi Dərman Parkinsonizmi və Parkinsonizm xəstəliyi Neyrodisplastik sindrom Beyin-onurğa beyni travmaları Spastik mənşəli hemiparezlər Beyin şişləri ilə əlaqədar yaranmış spastik vəziyyətlər Posttravmatik və postoperativ ağrı sindromları Cərrahiyə əməliyatları zamanı miorelaksasiya məqsədilə Ortopedik və travmatik cərrahiyyə əməliyyatlarından sonra əzələ kontrakturaları Oynaqlarda cərrahiyyə əməliyyatlardan sonra reabilitasiya dövrü Artrozlar Ətrafların travmatik zədələnmələri
DOZA VƏ İSTİFADƏ QAYDASI:
Əzələdaxili 2ml gündə2 dəfə olmaqla yeridilir.Kurs müddəti 3-5 gündür.
ƏLAVƏ TƏSİRLƏRİ:
hipotoniya, müvəqqəti olaraq huşun qaranlıqlaşması və yaxud oyanıqlıq.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Əzələ hipotoniyası, süst iflic, preparatın tərkibindəki hər hansı bir maddəyə qarşı həssaslıq,antikoaqulyantlarla terapiya zamanı, 15 yaşa qədər uşaqlar, hamiləlik, laktasiya dövrü.
Digər dərmanlarla qarşiliqli təsiri: SCİOMİR eyni şprisdə (lornoksikam, tenoksikam, diklofenak natrium, ketoprofen,ketorolak trometamin, betametazon fosfat, siankobalamin, B6, B1 və B12 vitaminlərinin kompleksi kimi parenteral preparatlarla) təcili yeritmək şərti ilə qarışdırıla bilər.
BURAXILIŞ FORMASI: 2ml ampul № 6.