GEROLIN | Certus

GEROLIN

ТƏRKİBİ: sitixolin natrium 4ml 500mq 

FARMAKOTERAPEVTİK QRUPU: Psixostimulyator və nootrop preparat.

ATC-KODU:N06BX06

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

FARMAKODİNAMİKASI: GEROLİN sinir hüceyrəsini sitidin və xolin kimi əsas komponentlərə təmin etdiyindən membran fosfolipidlərinin miqdarını artırır, membranoprotektor təsir göstərir.

GEROLİN neyronların membranının tamlığını təmin etməklə yanaşı onların plastikliyini də təmin edir. Eyni zamanda serebral qan dövranını stimulyasiya edir, toksik təsirli yağ turşularının infarkt sahəsinə toplanmasının qarşısını almaqla zədə nahiyyəsinin sürətlə bərpasına şərait yaradır.MSS stimulaşdırır, retikulyar formasiyanın aktivliyini artırır,əhval –ruhiyyə və əqli fəaliyyətini yüksəldir.

GEROLİN digər nootroplardan fərqli olaraq beyində sinir impulslarının ötürülməsini təmin edən asetilxolinin birbaşa sintezində iştirak edir və dopamini artırır. Buna görə də GEROLINin təsiri altında apatiya qısa müddətdə aradan qalxır, yaddaş, diqqət yaxşılaşır, tanıma və orientasiya yüksəlir.

FARMAKOKİNETİKASI:

Biomənimsəmə 99%-dir . Əzələ daxilinə və ya vena daxilinə yeridildikdən sonra qara ciyərdə sitidinə və xolinə parçalanır, plazmada xolinin konsentrasiyası yüksəlir. Qaraciyərdə və bağırsaqlarda metabolizmə uğrayır, plazmada maksimal konsentrasiyaya 1 və 24 saatdan çatır (2 pik). HEB-i keçdikdən sonra yenidən SDP-xolinə çevrilir. Sitixolin sinir hüceyrəsini sitidin və xolin kimi əsas komponentlərə təmin etdiyindən - xolin fosfolipid strukturlarına, sitidin - isə sitidin nukleotidlərinə və nuklein turşularına daxil olur. Beyin toxumasına yayılaraq neyronların daxili və xarici (sitoplazmatik, mitoxondrial) membranın tamlığını təmin edir, membran fosfolipidlərinin miqdarını artırır. Yeridilən sitixolinin 16%-i orqanizmdən xaric olunur. Onun 3%-i böyrəklərlə, 12% -i isə nəfəslə, 1% isə nəcislə eliminasiya olunur.

GÖSTƏRİŞLƏRİ:

Beyin qan dövranı pozğunluqları:

·Kəllə-beyin travmaları

·Beyində aparılan cərrahi əməliyyatlar

·İşemik insultun intensiv terapiyası və insultdan sonrakı reabilitasiya dövrü

Yaddaş və digər psixi funksiyaların pozulması:

·«Fizioloji qocalma»

·Demensiya

·Psixi inkişafın ləngiməsi

·Yuxu pozğunluqları və fobiyalar

Nitq pozgunluqları:

·Afaziya

·Dizleksiya

Müxtəlif mənşəli başgicəllənmələr

Ensefalopatiyalar

·Dərman intoksikasiysı

Digər patologiyaların kompleks

mualicəsi:

·Epilepsiya

·Asteno-depressiv vəziyyətlər

·Psixozlar

·Parkinsonizm


ƏKS GÖSTƏRİŞLƏRİ: Aktiv maddəyə qarşı yüksək həssaslıq.

DOZA VƏ İSTİFADƏ QAYDASI:

GEROLİN əzələdaxılı, həmçinin venadaxili şırnaqla ləng(3-5 dəq.) və ya damcı üsulu ilə (dəqiqədə 40-60 damcı) fizioloji məhlulda yeridilir.

Böyüklərdə: 500mq ampul gündə1-2dəfə ə/d və ya v/d yeridilir .

Cərrahi əməliyatlar və kəllə-beyin travmaları zamanı 100-500 mq gündə1-2 dəfə ə/d və ya v/d yeridilir. Parkinsonizmdə 500 mq gündə1dəfə olmaqla 3-4 həftə istifadə olunmalıdır.

Kəskin beyin qan dövranı pozğunluqlarından sonra yaranmış hemiplegiyalarda 1,0q gündə 1dəfə olmaqla 4 həftə müddətində istifadə edilirməlidir. Kəskin pankreatitdə 1,0 q gündə 1dəfə 2 həftə müddətində yeridilir.

Uşaqlarda: 0-1 yaş -1/3 ampul;

1-5 yaş -1/2 ampul gündə bir dəfə istifadə olunur.

BURAXILIŞ FORMASI: 500 mq/4ml inyeksiya məhlulu № 5 ampul