
OXOPOTİNE
TƏRKİBİ: Vinposetin 5mq
FARMAKOTERAPEVTİK QRUPU: nootrop və psixostimulyator preparatlar.
ATC KODU: N06BX18
FARMAKOLOJI XÜSUSİYYƏTLƏRİ:
FARMAKODİNAMİKASI: Oxopotine–beyin qan dövranını yaxşılaşdırır, beynin işemiyaya davamlılığını artırır. Bele ki o, beyin damarlarını genişləndirərək beyin qan axımını, dəqiqəlik həcmin serebral fraksiyasını intensiv olaraq artırır. Oxopotine beyin damarlarının müqavimətini də aşağı salır, lakin yanaşı olaraq ümumi qan dövranı göstəricilərinə (AT, nəbzin tezliyi, ümumi periferik damar müqaviməti) təsir göstərmir. Preparat "oğurlanma sindromu”na səbəb olmur, əksinə işemik zonaların qan dövranını normal zonalara nisbətən daha çox artırır.
Oxopotine beyində mikrosirkulyasiyanı artırmaqla yanaşı trombositlərin aqreqasiyasını da tormozlayaraq qanın özlülüyünü azaldır, eritrositlərin deformasiya qabiliyyətini artıraraq onların kiçik kapilyarlardan beyin toxumasına keçməsini təmin edir. Preparatın təsiri altında beynin hipoksiyaya davamlılığı əhəmiyyətli dərəcədə yüksəlir, beyin toxumasında oksigen və qlükozanın mənimsənilməsi və əsas metabolik proseslər normallaşır.
Oxopotine beynin oksigen təchizatını yaxşılaşdıraraq qlükozanın aerob oksidləşməsini təmin etməklə yanaşı, siklik AMF-in miqdarını da artırdığından qlükozanın anaerob yolla oksidləşməsi də sürətlənir. Bu isə öz növbəsində beyində sintez olunan ATF miqdarını kəskin artırır, yaddaş, qavrama, koqnitiv fəaliyyət üçün gərəkli olan katexolaminlərin sintezini sürətləndirir.
FARMAKOKİNETİKASI:
Preparatın biomənimsənilməsi 70%-dir. Daxilə qəbul olunduqdan 1 saat sonra plazmada maksimal konsentrasiyaya çatır. Yarımparçalanma müddəti 4.8 saatdır.
GÖSTƏRİŞLƏRİ:
- Kəskin və xroniki beyin qan dövranı çatışmazlığı (tranzitor işemiya, insult və insultdansonrakı dövr, multiinfarkt demensiya, beyin arteriyalarının aterosklerozu, posttravmatik və hipertenziv ensefalopatiya), miqren, boyun osteoxondrozu
- Serebrovaskulyar çatışmazlığı olan xəstələrdə psixi və nevroloji pozulmalar (yaddaş pozulması, başgicəllənmə, baş ağrıları, afaziya, apraksiya, hərəki pozulmalar və s.)
- Göz damarlarının aterosklerozu, tromboz və emboliyası, tor və damarlı qişaların angiospazmı, sarı ləkənin degenerasiyası, ikincili qlaukoma
- LOR praktikada toksik və ya damar mənşəli eşitmə zəifliyi, Menyer xəstəliyi, koxleovestibulyar nevrit, klimakterik dövrün vazovegetativ simptomları
ƏKS GÖSTƏRİŞLƏRİ:
Hamiləlik və laktasiya dövrü, vinposetin və preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər: Stenokardiyalı və ağır anemiyalı xəstələrdə ehtiyatla təyin edilməlidir.
DOZA VƏ İSTİFADƏ QAYDASI:
Oxopotine 5-10mq gündə 3 dəfə olmaqla daxilə qəbul edilir. Dəstəkləyici doza 5mq olmaqla gündə 3 dəfə uzun müddətə (aylarla, illərlə) yeməkdən sonra təyin olunur. Kəllə-beyin travması keçirən və qıcolma sindromu olan uşaqlara ağır hallarda 8-10mq/kq dozada, 2-3 həftədən sonra isə 0.5-1mq/kq dozada saxlayıcı doza təyin edilir.
ƏLAVƏ TƏSİRLƏRİ:
Arterial təzyiqin cüzi enməsi, nadir hallarda taxikardiya və ekstrasistoliya.
Doza həddinin aşılması: Vinposetinin istifadəsi zamanı doza həddinin aşılması ilə bağlı simptomlar müşahidə edilməmişdir.
BURAXILIŞ FORMASI: 50 tabletlik blister qablaşdırmada.