LIVOHERB SİROP | Certus

LIVOHERB SİROP

TƏRKİBİ:

Hər 5 ml preparatın tərkibində:

Eclipta Alba 450 mg

Phyllanthus Niruri 613 mg

Boerhavia Diffusa 313 mg

Andrographis Paniculata 160 mg

Picrorriza Kurroa 60 mg

Amoora rohituka 80 mg

Tephrosia purpurea 120 mg

Tinospora Cardifolia 100 mg

Piper longum (Piper Nigrum) 50 mg

Syrup Base Q.S.

FARMAKOTERAPEVTİK QRUPU: Hepatoprotektor .

ATC KOD:A05BA

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Livoherb qaraciyəri qoruyur və onun parenximasını bərpa edir, orqanın funksional effektivliyini yüksəldir, sağalmanı tezləşdirir və infeksion hepatit zamanı qaraciyərin funksiyasının tez normallaşmasını təmin edir. Antioksidant təsirə malik olduğuna görə Livoherb hüceyrə membranının zədələnməsinin qarşısını alır. Livoherb sitoxrom P450–nin səviyyəsini normallaşdırır. Asetaldehidin, alkoqol metabolizminin aralıq toksik məhsulunun eliminasiyasını təmin edir, bununla da qaraciyəri alkoqol təsirindən yaranan zədələnmələrdən qoruyur. Preparat lipotrop aktivliyi azaldır və qaraciyərin piy infiltrasiyasının qarşısını alır. Hər gün profilaktik məqsədlə istifadə zamanı Livoherb iştahanı artırır və həzmi yaxşılaşdırır, bu da çəkinin artmasına səbəb olur.

GÖSTƏRİŞLƏRİ:

Dərman vasitəsi ayrıca və ya kompleks müalicənin tərkibində aşağıda göstərilən hallarda təyin edilir:

-virus hepatiti;

-qaraciyərin alkoqol xəstəlikləri;

-presirrotik vəziyyətlər və sirrozun başlanğıc mərhələləri;

-zülal çatışmazlığı;

-iştahanın olmaması;

-kimyəvi və şüa mənşəli qaraciyər zədələnmələri;

-sarılıq;

-hepatotoksik preparatların istifadəsi zamanı.

ƏKS GÖSTƏRİŞLƏRİ:

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

ƏLAVƏ TƏSİRLƏRİ:

Dispeptik əlamətlər və preparatın komponentlərinə qarşı allergik reaksiyalar.

 

DOZA VƏ İSTİFADƏ QAYDASI:

Uşaqlarda: 0-6 ay – ½ çay qaşığı gündə 1 dəfə

6 ay – 3 yaş – ½ çay qaşığı gündə 2 dəfə

3-12 yaş – 1 çay qaşığı gündə 2 dəfə

Böyüklərdə: 1-2 çay qaşığı gündə 2dəfə

BURAXILIŞ FORMASI:

200 ml –lik süşə flakonda içlik vərəq ilə birlikdə karton qutuda.