HEMFER sirop | Certus

HEMFER sirop

TƏRKİBİ: Hər 5 ml siropda

Dəmir qlisin sulfat - 50 mq

Fol tirşusu – 0.5 mq

Sianokobalamin – 7.5 mkq

Sink sulfat – 15 mq

FARMAKOTERAPEVTİK QRUPU: anemiya əleyhinə

KOD ATC: B03AA

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ :

Hemfer siropun tərkibində olan komponentlər normal hemopoez prosesin getməsi üçün vacibdir. Dəmir qlisin sulfat(qlisin birbaşa hemin sintezində iştirak edir) asan sorularaq uşaq orqanizmini lazımi dozada dəmirlə təmin edir.

Dəmir orqanizmin normal fəaliyyəti üçün lazımi mikroelementdir, o hemoqlobinin, mioqlobinin, müxtəlif fermentlərin tərkibinə daxildir; oksigenin daşınmasında, bir sıra oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir; eritropoezi stimullaşdırır.

Fol turşusu dəmirdefsitli anemiyalar zamanı qanyaradıcı orqanlarda toplanaraq qanyaranma proseslərini stimulyasiya edir. Eyni zamanda fol turşusu bağırsaqların və qaraciyərin funksiyalarına əhəmiyyətli dərəcədə təsirə malikdir. Qaraciyərdə xolinin sintezini artırır və piy infiltrasiyasını məhtudlaşdırır. Fol turşusu immun sistemi gücləndirir, ağ qan hüceyrələrinin yaranmasını və funksionallığını artırır. Fol turşusu hamiləlik zamanı embrionun sinir hüceyrələrinin bölünməsində və formalaşmasınıda vacib rola malikdir.

Vitamin B12 eritropoezdə vacib rola malik purin və pirimidin əsaslarının, nuklein turşularının sintezində iştirak edir, eritrositlərdə sulfhidril birləşmələrin aktiv olaraq toplanmasını təmin edir. Həmçinin, vitamin B12hidrogen daşınmasında və transmetilləşmə proseslərində iştirak edir, metioninin sintezini aktivləşdirir. Zülalların sintezini və orqanizmdə toplanmasını artırmaqla anabolik təsir göstərir.

Sink – immunomodulyator, antioksidant təsirə malikdir.

STƏRİŞLƏRİ:

Dəmir defisitli anemiyalar

Meqaloblastik anemiyalar

Intensiv böyümə dövrü

ƏLAVƏ TƏSİRLƏRİ: nadır hallarda epiqastral nahiyyədə ağrılar, ürəkbulanma, diareya verə bilər.

DOZASI VƏ İSTİFADƏ QAYDASI:

0-1 yaş – ½ çay qaşığı x 1 dəfə

1-3 yaş – ½ çay qaşığı x 1-2 dəfə

3-12 yaş – 1 çay qaşığı x 1 dəfə

12 yaşdan yuxarı uşaqlar və böyüklər: 1-2 xörək qaşığı x 2 dəfə yeməkdən əvvəl.

Kurs müddəti 1-3 ay.

BURAXILIŞ FORMASI: sirop 200 ml.