KOLXIKUM – DISPERT | Certus

KOLXIKUM – DISPERT

ТƏRKİBİ:1 tabletdə: kolxisin 0,5 mq

FARMAKOTERAPEVTİK QRUPU: podaqra əlehinə

ATC KODU: M04AC01

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ : FARMAKODİNAMİKASI: Podaqra əleyhinə vasitə olan kolxisinin təsiri leykositlərin iltihab ocağına miqrasiyasının azalması və sidik cövhəri kristallarının faqositozunun tormozlanması ilə izah olunur. Antimitotik təsirə də malikdir (tam və ya qismən): hüceyrə bölünməsini anafaza və metafaza mərhələsində tormozlayır və neytrofillərin deqranulyasiyasının qarşısını alır. Amiloid fibrillərin sintezini azaldır, bununla da amiloidozun yaranmasının qarşısını alır. Kəskin podaqranın müalicəsində yüksək effektivliyə malikdir. İlk 12 saat ərzində xəstələrin 75%-də klinik yaxşılaşma müşahidə olunur. Sutkalıq 1-2 mq dozada qəbul edən xəstələrin ¾ hissəsində təkrari kəskin podaqra tutmaları müşahidə olunmur. Ailəvi aralıq dəniz xəstəliyi (FMD) olan şəxslərdə kəskin qızdırma həmlələrinin qarşısını alır.Birincili AL- amiloidozlu xəstələrin ömrünü uzadır. Sistem sklerodermiya zamanı dəriyə müsbət təsirə malikdir (dərini yumşaldır, quruluğu azaldır).

FARMAKOKİNETİKASI:Kolxisin sürətli və intensiv olaraq mədə bağırsaq traktından sorulur. Orta maksimal plazma konsentrasiyasını (Cmax=4,2 nq/ml –ə) 1 mq dozanın qəbulundan 70 dəqiqə sonra əldə edir.Yarımatılma müddəti 9,3 saatdır. Kolxisinin yüksək konsentrasiyası qaraciyərdə, böyrəklərdə, dalaqda, leykositlərdə və mədə-bağırsaq traktında müşahidə olunur. Qaraciyərdə metabolizə olunur və əsasən ödlə xaric olur. Daxil olmuş dozanın böyük hissəsi bağırsaqdan və təxmini 23%-i isə böyrəklərlə orqanizmdən xaric olur.

GÖSTƏRİŞLƏRİ:Kəskin podaqra tutmaları (müalicəsi və profilaktikası) Podaqra artriti Xondrokalsinoz Sklerodermiya Flebit Periodik xəstəlik (Ailəvi aralıq dəniz xəstəliyi)

ƏLAVƏ TƏSİRLƏRİ: Diareya, ürəkbulanma, qusma, mədədə ağrılar.

ƏKS GÖSTƏRİŞLƏRİ: Hiperhəssaslıq, hamiləlik, laktasiya dövrü, qaraciyər və ya böyrək çatışmazlığı, sümük iliyi tərəfindən qanyaranma prosesinin nəzərə çarpacaq pozulması.

DİGƏR DƏRMANLARLA QARŞILIQLI TƏSİRİ: Qeyri – steroid iltihab əleyhinə vasitələr və digər preparatlar mielodepressiya, leykopeniya və trombositopeniya riski verə bilər.Sitostatiklər podaqra əleyhinə təsiri azalda bilər. Sidiyin turşuluğunu artıran maddələr isə preparatın təsirini artıra bilər. Kolxikum –Dispert allopurinol və urikozurik preparatlarla birgə qəbul edilə bilər.

XÜSUSİ GÖSTƏRİŞLƏRİ: Avtomobil və digər idarə olunan mexanizmlərlə işləməyə təsir etmir.

DOZA VƏ İSTİFADƏ QAYDASI: Kəskin podaqra tutmalarında əvvəlcə 2 tablet (1 mq koxisin), sonra isə 1-2 saat fasilələrlə ağrı azalanadək 0,5 – 1,5 mq qəbul edilir. Preparatın sutkalıq dozası 8 mq-dan artıq olmamalıdır. Kəskin podaqranın təkrari müalicəsi sxem üzrə 3 gündən tez aparılmamalıdır. İlk bir neçə ay ərzində kəskin podaqra tutmalarının profilaktikası məqsədilə urikozurik vasitlərlə birgə 0,5 – 1,5 mq hər gün və ya gün aşırı (qayda kimi) 3 ay ərzində qəbul edilə bilər. Tabletlər çeynənmədən, kifayət qədər su ilə qəbul edilir.

BURAXILIŞ FORMASI: 1 blisterdə, enterik örtüklü 20 tablet içlik vərəqə ilə birllikdə karton qutuda qablaşdırılır.