CAVİT | Certus

CAVİT

TƏRKİBİ:

Hər 5 ml-də:

250 mq elementar kalsiuma ekvivalent CaСO3 – 625 mq

Vitamin D3 (xolekalsiferol) B.P. – 125 B.V

FARMAKOTERAPEVTİK QRUPU:

Vitamin və Mineral kompleksi (qidaya bioloji əlavə)

ATC KODU:A12AX

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

FARMAKODİNAMIKASI: Kalsium karbonat (CaСO3) və vitamin D3 kombinasiyası çox geniş istifadə olunan kombinasiyadır. Kalsium və vitamin D3 (Cavit) kombinasiyası qidaya bioloji əlavə olub, orqanizmdə kalsium və vitamin D3 çatışmazlığını bərpa edir və ya qarşını alır. Vitamin D3 kalsiumun bağırsaqdan sorulmasında, həm də orqanizmdə toplanmasına kömək edir. Vitamin D3 həm də fosforun orqanizmdə toplanmasında fəal iştirak edir. Cavit qida ilə lazımi qədər vitamin D və ya günəş şüası qəbul etməyən şəxslərdə; böyrəkdə vitamin D3 -ün aktivləşməsində problem olan şəxslərdə yaranan vitamin D3 çatışmazlığını aradan qaldırır. Kalsium sinir sistemi, əzələ sistemi, dayaq –hərəkət sistemi, hüceyrə membranı və kapilyar keçiricilik üçün əsas element hesab olunur. Kalsium orqanizmdə sümük toxumasının qurulmasında, sinir impulslarının ötürülməsində, miokardda impulsların konduksiyasında (ürək təqəllüsündə), əzələ yığılmasında, qan laxtalanma prosesində aktiv rol oynayır.

FARMAKOKİNETIKASI:

Cavit per oral qəbul edilir. Per oral qəbul olunan preparatın sorulması istifadə olunan kalsium duzundan, dozasından, mədədə HCl-un miqdarından və aktiv vitamin D miqdarından asılıdır.

Kalsium karbonat (CaСO3):

Absorbsiya: mədədə kalsium karbonat (CaСO3) mədə turşusunun təsirindən kalsium ionlarına (Ca2+) parçalanır. Kalsium ionları nazik bağırsağın proksimal hissəsindən sorulur. Mədə - bağırsaq traktından qəbul olunmuş kalsiumun 30 % - i sorulur.

Elminasiya: Kalsium tər və qastrointestinal sekret vasitəsilə xaric olur. Böyrək vasitəsilə xaric olma yumaqcıq filtrasiyası və kalsiumun tubulyar reabsorbsiyasından asılıdır.

Vitamin D3:

Vitamin D3 bağırsaqdan limfa vasitəsilə xilomikronların tərkibində sorulur və zülallarla birləşərək qaraciyərə (birincili hidroksilləşmə) və böyrəklərə (ikincili hidroksilləşmə) transport olunur. Hidroksilləşməmiş Vitamin D3 əzələ və ya piy toxuması kimi orqanlarda toplanır. Onun plazma yarı ömrü bir neçə günə bərabərdir, nəcis və sidiklə xaric olur. Effektini 10-24 saatdan sonra göstərməyə başlayır və 4 həftəyə maksimal həddə çatır. Yarımparçalanma müddəti 19-48 saatdır. Ana südünə keçir, öd və sidiklə xaric olunur.

GÖSTƏRİŞLƏRİ:

-Orqanizmdə kalsium və vitamin D3 və ya bu ikisindən birinin çatışmazlığının profilaktikası və kompleks müalicəsi;

-Ostomalyasiyanın profilaktikası və kompleks müalicəsi;

ƏKS GÖSTƏRİŞLƏRİ:

- Hiperkalsiuriya vəya hiperkalsiemiya nəticəsində meydana çıxan xəstəliklər və ya patologiyalar;

- Böyrək daşı və ya böyrək çatışmazlığı xəstəlikləri

- Vitamin D3 –ün hipervitaminozu

ƏLAVƏ TƏSİRLƏRİ:

Prepatın istifadəsi zamanı köp və qəbizlik müşahidə edilə bilər.

DOZA VƏ İSTİFADƏ QAYDASI:

-1 yaşadək: 1 ö/q gündə 1 dəfə

-1-12 yaş: 1 ö/q gündə 2-3 dəfə

-Böyüklər və 12 yaşdan böyük uşaqlarda: 1 ö/q gündə 4-5 dəfə

BURAXILIŞ FORMASI:

Cavit suspenziya 150 ml – lik şüşə flakonda buraxılır.