EMOKSİBEL | Certus

EMOKSİBEL

TƏRKİBİ: Hər bir şüşənin tərkibində aktiv maddə: emoksipin 500 mq var.

FARMAKOTERAPEVTİK QRUPU:

antiaqreqant, antihipoksant, antioksidant, angioprotektor, mikrosirkulyasiyanı yaxşılaşdıran preparat.

ATC KODU: N07XX

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

FARMAKODİNAMİKASI: Emoksibel serebral hemodisfunksiya əlamətlərini azaldır. Beyinin hipoksiya və işemiyaya davamlılığını artırır. Beyin qan dövranı pozulmalarında (işemik və hemorragik) vegetativ funksiyaların bərpasına yardım edir, beyinin əqli və inteqrativ funksiyalarını yaxşılaşdırır. Triqliseridlərin sintezini azaltmaqla hipolipidemik təsir göstərir. Emoksipin əhəmiyyətli kardioprotektiv effektə malikdir. Koronar damarları genişləndirməklə miokardın işemik zədələnməsinin qarşısını alır. Miokard infarktında nekroz zonasının böyüməsinin qarşısını alır, reperativ prosesləri sürətləndirir, miokardın metabolizmini normallaşdırır. Miokard infarktının gedişini yüngülləşdirməklə yanaşı kəskin ürək çatışmazlığın da baş vermə tezliyini azaldır. Qan dövranı çatışmazlığında oksidləşmə-reduksiya reaksiyalarını tənzimləyir.

Emoksipin qan laxtalanma sisteminə təsir göstərir: aqreqasiyanı inhibə edir, laxtalanmanın ümumi indeksini azaldır və laxtalanma müddətini dəfələrlə uzadır. Qan damarlarının divarını və eritrositlərin hüceyrə membranını gücləndirir, eritrositlərin mexaniki zədə və hemolysisə müqaviməti artır. Angioprotektor xassələri var.

Bioloji membran lipidlərinin oksidləşmə-reduksiya proseslərini inhibə edır. sitoxrom P-450 sistemini stabilləşdirir, fermentlərin antioksidant aktivliyini yaxşılaşdırır.

Retinanı işığın yüksək intensivliyinin zərərli təsirindən qoruyur, intraokulyar qansızmanın sorulmasına səbəb olur.

FARMAKOKİNETİKASI:

Vena daxili 10 mg/kg dozada yeridildikdə T ½ 18 dəqiqədir. Ümumi klirens Cl - 214,8 ml / dəq. Preparat orqan və toxumalara tez daxil olur və maddələr mübadiləsində iştirak edir. Emoxipin 5 metaboliti var və böyrəklə xaric olur. Koronar okkluziya zamanı xaric olma sürəti azalır və preparatın biomənimsənilməsı yüksəlir.

Retrobulbar yeridilən zaman dərhal qana daxil olur, onun konsentrasiyası ilk iki saat ərzində sürətlə azalır və 24 saatdan sonra dərman qanda qeyd olunmur. Göz toxumasında qana nisbətən emoxipinin konsentrasiyası daha çoxdur.

GÖSTƏRİŞLƏRİ:

Nevrologiya və neyrocərrahiyyədə: hemorragik insult, işemik insult, beyinin keçici qan dövranı pozulmaları, xroniki serebrovaskulyar pozulmalar, kəllə-beyin travmaları, beyin əzilməsi, kəllə-beyin travması olan xəstələrdə əməliyyat sonrası dövr, epidural, subdural və beyin daxili hematoma səbəbindən əməliyyat olunmuş xəstələr, beyinin damar patologiyaları, anevrizması olan xəstələrdə əməliyyatlardan əvvəl və sonrakı dövrdə.

Kardiologiyada: kəskin miokard infarktı, qeyri-stabil stenokardiya zamanı "reperfuziya sindromu”

Cərrahiyyədə: kəskin və xroniki pankreatit, psevdotumoroz pankreatit, peritonit, xroniki pankreatitli xəstələrdə əməliyyatdan əvvəl və sonra

DOZA VƏ İSTİFADƏ QAYDASI:

Nevrologiyada: emoksipin vena daxilinə 5-10 mq/kq (100-200 ml) dozada 10-12 gün təyin edilir. Preparat dəqiqədə 20-30 damcı olmaqla yeridilir.

Kardiologiyada: 100-200 ml məhlul (500-1000 mq) v/d (dəqiqədə 20-40 damcı) sutkada 1-3 dəfə olmaqla 5-15 gün ərzində təyin edilir.

Cərrahiyyədə: kəskin və xroniki pankreatit, psevdotumoroz pankreatitdə dərin rentgenoterapiyadan əvvəl və sonra, peritonit, xroniki pankreatitli xəstələrdə əməliyyatdan əvvəl və sonra, müxtəlif genezli mexaniki sarılıqda, hepatopankreatoduodenal zonada əməliyyat olunmuş xəstələrdə 30 ml emosipin v/d dəqiqədə 20-30 damcı olmaqla 10-15 gün ərzində yeridilir.

Müalicə zamanı arterial təzyiq və qanın laxtalanma sistemi nəzarətdə saxlanmalıdır.

ƏLAVƏ TƏSİRLƏRİ:

V/d yeridilməsi zamanı vena boyunca göynəmə hissi, atrerial təzyiqin yüksəlməsi, oyanıqlıq, yuxululuq, baş ağrısı, ürək nahiyəsində ağrılar, ürəkbulanma, epiqastral nahiyədə ağrı, qaşınma və dərinin qızarması.

ƏKS GÖSTƏRİŞLƏRİ:

Emoksipinə qarşı yüksək həssaslıq, hamiləlik.

Xüsusi xəbərdarlıqlar:

Müalicə zamanı diqqət tələb edən işlərdə çalışanların fəaliyyətlərini müvəqqəti dayandırması məsləhət görülür.

Xəbərdalıqlar:

Süd verən qadınlarda preparat göstərişlərinə uyğun olaraq istifadə edilə bilər. Müalicə zamanı arterial təzyiq və qanın laxtalanmasını nəzarətdə saxlamaq lazımdır. Emoksipin məhlulunu digər dərmanlarla qarışdırmaq olmaz.

BURAXILIŞ FORMASI:

infuziya üçün məhlul 5 mq/ml,100ml şüşə qablarda.